Выбрать плеер:

O, Britaniyada altmışıncı illərin simvolu sayılırdı

13 июня 2026 109 просмотров

O, Kaliforniyanın parlaq rəngli təsvirləri ilə 20-ci və 21-ci əsrlərin ən məşhur sənətçilərindən biri kimi yadda qaldı.

Qalın çərçivəli eynək, qızılı gödəkcə və kürən saçlı obrazı ilə Britaniyanın altmışıncı illərinin simvoluna çevrilmişdi. Bəli, söhbət britaniyalı rəssam, qrafik, səhnə dizayneri, fotoqraf və pop-art cərəyanının görkəmli nümayəndəsi Devid Hoknidən gedir.

Hokni 20-ci əsrin ən nüfuzlu rəssamlarından biri hesab edilir. Sənətkar iyunun 11-də 89 yaşının tamamına cəmi 1 ay qalmış dünyaya gözlərini əbədi yumdu.

Devid Hokni 1936-ci ildə Şimali İngiltərənin Bredford şəhərində anadan olub. Atası hesabdar və həvəskar rəssam olub və Hokninin rəssam kimi formalaşmasında mühüm rol oynayıb.

O, 1948-ci ildən rəssam olmağa qərar verir və məktəb üçün rəsmlər və plakatlar hazırlayır və 1953-cü ildə Bredford Rəssamlıq Məktəbinə daxil olur. 6 il sonra isə Londonda incəsənət üzrə təhsil alır.

1963-cü ildən artıq tanınmağa başlayır. Amerika rəssamlıq məktəbindən təsirlənən Devid Hokni Kaliforniyaya gedir. 1967-ci ildə "Piter hovuzdan çıxır" əsəri ilə Los Anceles üzgüçülük hovuzlarının rəsmlər seriyasını çəkir. Bu əsərlər ona dünya şöhrəti qazandırır.

1982-ci ildə Parisdə keçirilən "Devid Hokni - Fotoqraf" sərgisi və "Devid Hokni: Fotolar" kitabı onu fotoqraf kimi də tanıdır. Yorkşir qraflığının təbiət mənzərələrini həm boyalı fırça, həm də foto ilə çəkməsi onun sənətini daha da ucaldır.

Qeyd edək ki, 2018-ci ildə onun "İki fiqurlu hovuz" əsəri hərracda 90.3 milyon dollara satılaraq, həmin dövr üçün onu dünyanın "ən bahalı canlı rəssamı" etmişdi.  

Скопировано
Trampın təhdidləri İranı geri addım atmağa məcbur edəcək? - Baku TV CANLI

Trampın təhdidləri İranı geri addım atmağa məcbur edəcək? - Baku TV CANLI

Dünya
24 июня 2026 109 просмотров
Ərdoğan polşalı həmkarı ilə nələri müzakirə edib?

Ərdoğan polşalı həmkarı ilə nələri müzakirə edib?

Dünya
24 июня 2026 109 просмотров
“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

Dünya
24 июня 2026 109 просмотров
İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

Dünya
24 июня 2026 109 просмотров
Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Dünya
24 июня 2026 109 просмотров
Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Dünya
24 июня 2026 109 просмотров
“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

Dünya
24 июня 2026 109 просмотров
Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Dünya
24 июня 2026 109 просмотров
Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Dünya
24 июня 2026 109 просмотров
ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

Dünya
24 июня 2026 109 просмотров
Выбранные
icon