Выбрать плеер:

Paşinyan qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

28 мая 2026 73 просмотров

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.

O bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.

“Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki–Qars dəmir yoluna çıxışı var.

O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi fəaliyyətə başlayacaq.

Ermənistanın Baş naziri əlavə edib ki, ölkə həm Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirəcək, həm də Avropa İttifaqı standartlarına uyğun islahatlar aparacaq.

Onun sözlərinə görə, Ermənistan hələlik bu iki istiqaməti paralel şəkildə davam etdirə bilər, lakin seçim etməli olacağı halda qərarı xalq verəcək.

Baş nazir qeyd edib ki, onun əsas vəzifəsi alternativ imkanlar yaratmaqdır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın dayandırılmasına və mövcud güzəştlərin itirilməsinə gətirib çıxara bilər.

Скопировано
Qırmızı xəbərdarlıq elan edildi

Qırmızı xəbərdarlıq elan edildi

Dünya
30 мая 2026 73 просмотров
ABŞ-İran razılaşması və Ermənistan böhranı: Bölgədə eyni anda iki tarixi proses baş verir?

ABŞ-İran razılaşması və Ermənistan böhranı: Bölgədə eyni anda iki tarixi proses baş verir?

Dünya
30 мая 2026 73 просмотров
Kremlin addımları Ermənistan iqtisadiyyatını ciddi şəkildə sarsıtdı - ANA XƏBƏR

Kremlin addımları Ermənistan iqtisadiyyatını ciddi şəkildə sarsıtdı - ANA XƏBƏR

Dünya
30 мая 2026 73 просмотров
Moskva 100 min ermənini İrəvana səsverməyə göndərəcək? - AKTUAL GÜNDƏM

Moskva 100 min ermənini İrəvana səsverməyə göndərəcək? - AKTUAL GÜNDƏM

Dünya
30 мая 2026 73 просмотров
Rusiyanın neft infrastrukturu obyektlərində güclü yanğın

Rusiyanın neft infrastrukturu obyektlərində güclü yanğın

Dünya
30 мая 2026 73 просмотров
Moskva ilə İrəvan arasında savaş alovlandı | Rusiya idxala qadağa qoydu - Baku TV CANLI

Moskva ilə İrəvan arasında savaş alovlandı | Rusiya idxala qadağa qoydu - Baku TV CANLI

Dünya
30 мая 2026 73 просмотров
Doha rəsmi Tehranın tələblərini niyə rədd etdi? - Baku TV CANLI

Doha rəsmi Tehranın tələblərini niyə rədd etdi? - Baku TV CANLI

Dünya
30 мая 2026 73 просмотров
Gəmi batdı, qorxulu anlar yaşandı | Hadisə yerindən anbaan görüntülər - Baku TV

Gəmi batdı, qorxulu anlar yaşandı | Hadisə yerindən anbaan görüntülər - Baku TV

Dünya
30 мая 2026 73 просмотров
Ukrayna və Kanada birgə dron istehsalına başlayacaq

Ukrayna və Kanada birgə dron istehsalına başlayacaq

Dünya
30 мая 2026 73 просмотров
Kuba və ABŞ hərbçiləri arasında görüş baş tutdu

Kuba və ABŞ hərbçiləri arasında görüş baş tutdu

Dünya
30 мая 2026 73 просмотров
Выбранные
icon