Выбрать плеер:

Pezeşkian ABŞ ilə müzakirələrin davamına yaşıl işıq yandırdı - Baku TV

15 июня 2026 255 просмотров

İran Prezidenti Məsud Pezeşkian İranın Ali Milli Təhlükəsizlik Şurasının ABŞ ilə dialoqun davam etdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Bu barədə İran Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub.

Məsud Pezeşkian bildirib ki, Şura ABŞ ilə aparılan danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edib.

“Şura belə nəticəyə gəlib ki, danışıqlar kursu davam etdirilməlidir”, – deyə o vurğulayıb.

Pezeşkian qeyd edib ki, hazırda bəzi media resursları İranın sabiq ali dini lideri Əli Xameneinin ABŞ ilə danışıqların yolverilməzliyi ilə bağlı əvvəlki bəyanatlarını yayımlayırlar. Lakin o vurğulayıb ki, Xamenei ilə bu məsələni şəxsən müzakirə edib və həmin vaxt ali lider danışıqların ləyaqətli şərtlərlə aparılmasına və davam etdirilməsinə razılıq verib.

Pezeşkian əlavə edib ki, son hadisələrə baxmayaraq, Tehran qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa nail olub. Onun sözlərinə görə, son həftələr ərzində aparılan diplomatik fəaliyyət müsbət nəticələr verib və Fars körfəzi ölkələri ilə mövcud olan bir çox problem və anlaşılmazlıq həll mərhələsinə daxil olub.

İran Prezidenti bildirib ki, region ölkələri ilə münasibətlərin normallaşdırılması Tehranın xarici siyasətində əsas prioritetlərdən biri olaraq qalır.

Скопировано
Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 сентября 2026 255 просмотров
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 сентября 2026 255 просмотров
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 сентября 2026 255 просмотров
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 сентября 2026 255 просмотров
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 сентября 2026 255 просмотров
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 сентября 2026 255 просмотров
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 сентября 2026 255 просмотров
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 сентября 2026 255 просмотров
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 сентября 2026 255 просмотров
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 сентября 2026 255 просмотров
Выбранные
icon