"Uşaq istəmirəm" deyən qadınların həbs olunduğu ölkə - ORALARDA NECƏDİR?
“Oralarda necədir?” rubrikasının budəfəki buraxılışında Polşanın paytaxtı Varşavadan bəhs edilib.
Bakıdan 3128 kilometr uzaqda yerləşən, tarixi 12-ci əsrə gedib çıxan Varşava Avropanın ən sadə həyat tərzi sürülən paytaxtlarından biridir. Burada varlı olmaq üstünlük deyil.
Bahalı geyim, lüks avtomobil və dəbdəbəli evlər diqqət çəkmir, çünki cəmiyyət bunu qəbul etmir. Varşavalılar üçün əsas dəyər sadəlik, sosial bərabərlik və sabit həyatdır. İmkanlı olmaq gizlədilir, nümayiş etdirmək isə ayıb sayılır.
Polşada abort tamamilə qadağandır. Qadın istəsə belə, hamiləliyi yarıda kəsmək mümkün olmur. Hətta dölün sağlamlığı risk altında olsa belə. Lakin xüsusi hallarda aborta icazə verilir. Bu sərt qanunlar bəzi qadınları başqa ölkələrə getməyə məcbur edir.
Bu ölkədə ana olmaq pulsuzdur, amma ana olmamaq seçim deyil. Polşada abort cinayət sayılır və 3 ilə qədər həbs cəzası var. Dövlət uşağa aylıq pul verir, ailələri dəstəkləyir, amma qadının “istəmirəm” deməyə haqqı yoxdur. Bu qaydalar cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.
