Dünya
Выбрать плеер:

Rusiya Federasiya Şurasının sədrindən Simonyana sərt sözlər

24 апреля 2024

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayaraq Ermənistan parlamentinə göndərməyi tapşırıb.

V.Matviyenko A.Simonyanın artıq bütün “qırmızı xətləri” keçdiyini bildirib.

Qeyd edək ki, A.Simonyan Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin iclasında deyib ki, Ermənistan qətiyyətlə Ukrayna, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir. Maraqlı məqam odur ki, o bu fikirləri konfransın “Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdəki münaqişə” mövzusunda olduğunu nəzərə alaraq səsləndirib.

"Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o, kimin adından bu cür fikirlər səsləndirib? Təbii ki, Rusiya ilə çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Biz bu cür rusofob çıxışı nəzərdən qaçıra bilmərik.

Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o, kimin adından danışıb və Ermənistan parlamenti bu səslənən fikirləri dəstəkləyirmi? Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Sadəcə, həmkarımız üçün ayıbdır. O, artıq bütün “qırmızı xətləri” keçib”, – V.Matviyenko deyib.

Qeyd edək ki, Alen Simonyanın çıxışının mövzusunu Federal Şuranın plenar iclasında qurumun beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin qaldırıb. O bildirib ki, A.Simonyanın bəyanatı qeyri-dost tonda edilib.

Скопировано
Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Dünya
03 мая 2024
Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Dünya
03 мая 2024
Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Dünya
03 мая 2024
Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Dünya
03 мая 2024
Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Dünya
03 мая 2024
Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Dünya
03 мая 2024
Rusiya Ordusu 4 ayda nə qədər ərazini ələ keçirdi? | Şoyqudan açıqlama

Rusiya Ordusu 4 ayda nə qədər ərazini ələ keçirdi? | Şoyqudan açıqlama

Dünya
03 мая 2024
Moskvadakı silahlı hücumla bağlı yeni fakt ortaya çıxdı

Moskvadakı silahlı hücumla bağlı yeni fakt ortaya çıxdı

Dünya
03 мая 2024
İranda çox sevilən Kim Kardaşyanla bağlı erməni aparıcıdan açıqlama

İranda çox sevilən Kim Kardaşyanla bağlı erməni aparıcıdan açıqlama

Dünya
03 мая 2024
Rusiyaya qış qayıtdı | Güclü qar əraziləri zəbt etdi

Rusiyaya qış qayıtdı | Güclü qar əraziləri zəbt etdi

Dünya
03 мая 2024
Выбранные
icon