Rusiyada narkotik istehsal edən ermənilər saxlanıldı
Rusiyanın Moskva vilayətində böyük miqyasda sintetik narkotiklərin istehsalını və satışını təşkil edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar qrupun üzvləri saxlanılıb.
Bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti məlumat verib.
Bildirilib ki, illər öncə işləmək üçün Rusiyaya üz tutan həmin şəxslər fərdi evdə yeraltı narkotik laboratoriyası yaradıblar. Axtarış tədbirləri zamanı mənzildən 86 kiloqram narkotik vasitə olan mefedron, o cümlədən laboratoriya avadanlıqları və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.
Qruplaşmanın üzvləri həmçinin sintetik narkotik vasitələrin satışı məqsədilə qeyri-qanuni onlayn mağaza da yaradıblar.
Məlumat üçün bildirək ki, Rusiya FTX-nin İstintaq İdarəsi tərəfindən adıçəkilən maddələrin xüsusilə böyük miqyasda istehsalına görə cinayət işi açılıb və araşdırma aparılır.
