Dünya
Выбрать плеер:

Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!”

27 сентября 2024

Rusiyanın yeni nüvə doktrinası, əslində, Rusiya-Ukrayna müharibəsində Moskvanın mövcud doktrinasının Qərbi çəkindirmədiyi düşüncəsinin nəticəsidir. Yəni mövcud nüvə doktrinası Qərbin Ukraynaya günbəgün artan yardımının qarşısını almadığı, Moskvanın heç vaxt bu silahdan istifadə etməyəcəyinə dair düşüncəsinin formalaşdığına görə dəyişdirildi. Aydındır ki, Rusiyanın nüvə arsenalından istifadə qaydası Qərbi çəkindirməyə kifayət etmir.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini şərh edərkən deyib.

O, Rusiyanın daha qərarlı bir duruş sərgiləməsi, maraqlarını diktə etməsi üçün belə bir varianta əl atmasının gözlənilən olduğunu bildirib:

“Yeni nüvə doktrinasında əsas diqqətçəkən məqamlardar biri odur ki, nüvə silahına malik olmayan dövlət bu silaha sahib bir dövlətin dəstəyi ilə Rusiyaya hücum edərsə, bu, ortaq hücum kimi dəyərləndiriləcək. Məqsəd ABŞ başda olmaqla, Ukraynaya dəstək verən Qərb dünyasına gözdağı vermək, onları atacağı addımlardan çəkindirməkdir.

Nüvə doktrinasına yenidən baxılması adı açıqlanmayan müharibənin – Rusiya ilə NATO arasında gedən savaşın sərhədlərin pozulacağı halında ciddi nəticəsi olacağına işarə edir.

Doktrinanın dəyişdirilməsi ilə Kreml istənilən hava hücumuna nüvə silahı ilə cavab verilə biləcəyini bəyan edərək, Qərbi uzaqmənzilli hücumlara icazə verməkdən çəkindirməyə çalışır. Bir sözlə, Rusiya yeni qərarı ilə Qərbin Ukraynaya daha güclü dəstək verməsinin qarşısını almaq niyyətindədir”.

O bildirib ki, Rusiyanın nüvə doktrinasını dəyişməsi Qərbi ciddi anlamda addımlarından çəkindirə bilər:

“Təbii ki, bu, Ukraynanın Rusiyanın daxili ərazilərinə hücumuna qarşı tutacağı mövqedən asılıdır. Qərb ölkələri bu məqamda Rusiyanı yoxlayacaq addımlar ataraq, Moskvanın əks reaksiyasına uyğun hərəkət edəcək. Rusiya yeni qərarının arxasında qətiyyətlə durub, praktiki olaraq da tətbiq eləsə, hədəfinə nail olacaq. Eyni zamanda düşünürəm ki, Qərb indiki mərhələdə Ukrayna sərhədinə göndərdiyi silah sistemlərini məhdudlaşdıracaq”.

Qeyd edək ki, Rusiya nüvə doktrinasını dəyişəcəyini elan edib.

Скопировано
Sloveniyanın Baş naziri Netanyahuya tələb qoydu

Sloveniyanın Baş naziri Netanyahuya tələb qoydu

Dünya
27 сентября 2024
Amerikalı reper "Diddy" azadlığa çıxmaq üçün 50 milyon dollar təklif etdi

Amerikalı reper "Diddy" azadlığa çıxmaq üçün 50 milyon dollar təklif etdi

Dünya
27 сентября 2024
Netanyahuya qarşı etiraz | Bəzi ölkələrin nümayəndələri onu görən kimi...

Netanyahuya qarşı etiraz | Bəzi ölkələrin nümayəndələri onu görən kimi...

Dünya
27 сентября 2024
Zelenskinin gözlədiyi icazə verilmədi | ABŞ-dən əliboş qayıdır, yoxsa...?

Zelenskinin gözlədiyi icazə verilmədi | ABŞ-dən əliboş qayıdır, yoxsa...?

Dünya
27 сентября 2024
Bu, Üçüncü Dünya müharibəsi olacaq! - Nüvə silahı işə salınır?

Bu, Üçüncü Dünya müharibəsi olacaq! - Nüvə silahı işə salınır?

Dünya
27 сентября 2024
Biz müstəqilliklə bağlı pul ödəyən yeganə ölkəyik! - Fransaya tələb qoyuldu

Biz müstəqilliklə bağlı pul ödəyən yeganə ölkəyik! - Fransaya tələb qoyuldu

Dünya
27 сентября 2024
Soros ABŞ-də seçki ərəfəsində 200-dən çox radiostansiyanı niyə alır?

Soros ABŞ-də seçki ərəfəsində 200-dən çox radiostansiyanı niyə alır?

Dünya
27 сентября 2024
Ukraynadan Gürcüstana etiraz | Seçki kampaniyasındakı şəkillər aranı qarışdırdı

Ukraynadan Gürcüstana etiraz | Seçki kampaniyasındakı şəkillər aranı qarışdırdı

Dünya
27 сентября 2024
Türkiyə 10 əyalətdə antiterror əməliyyatı keçirdi | Anbaan görüntülər

Türkiyə 10 əyalətdə antiterror əməliyyatı keçirdi | Anbaan görüntülər

Dünya
27 сентября 2024
Ukrayna Rusiyanın bu ərazilərinə hücum etdi | Müharibədə son vəziyyət

Ukrayna Rusiyanın bu ərazilərinə hücum etdi | Müharibədə son vəziyyət

Dünya
27 сентября 2024
Выбранные
icon