Rusiyanın silah bazarı əldən çıxır? | 24 qırıcı sifarişi iddiasının arxasında nə dayanır?
“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Orta Asiya regionunda hərbi balans və döyüş aviasiyasında baş verən dəyişikliklər təhlil edilib.
Bildirilib ki, uzun illər region ölkələrinin hava qüvvələri Sovet dövründən qalan “MiQ” və “Su” seriyalı qırıcılardan istifadə edib, onların təmiri və ehtiyat hissələri əsasən Moskvadan gəlib. Lakin “Defence Security Asia” nəşrinin məlumatına görə, Çin istehsalı olan daha 4 ədəd “J-10CE” çoxməqsədli qırıcı təyyarə Özbəkistan Hərbi Hava Qüvvələrinə təhvil verilib. Özbəkistan ümumilikdə 24 belə qırıcı sifariş edib və ilk hissəsi ötən il təhvil verilmişdi.
Qeyd olunub ki, “J-10CE” təyyarələri müasir AESA radarı, uzaqmənzilli “PL-15E” hava-hava raketləri, yüksək manevr qabiliyyəti və əlverişli qiyməti ilə seçilir. Özbəkistanın bu seçimi həm də Rusiyanın Ukraynadakı müharibədən sonra üzləşdiyi sənaye problemləri, xarici sifarişlərin gecikməsi və ehtiyat hissələrinin çatdırılmasındakı çətinliklərlə bağlıdır.
Vurğulanıb ki, Daşkənd Moskva ilə hərbi və iqtisadi əməkdaşlığı davam etdirsə də, yeni texnologiyaları əsasən Çindən əldə edərək balanslı siyasət yürüdür. Özbəkistanın Çindən aldığı “HQ-9B” Hava Hücumundan Müdafiə sistemləri və “J-10CE” qırıcısının vahid şəbəkədə işləməsi ölkənin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Əgər bu proses özünü doğruldarsa, gələcəkdə digər Orta Asiya respublikalarının da oxşar addım atması və Çinin bölgənin müdafiə bazarındakı payının daha da artması mümkündür.
Тег #Özbəkistan используется
- SOCAR-ın operatorluğu ilə “Üstyurt” layihəsində çöl seysmik işləri uğurla həyata keçirildi - Baku TV
- Prezident İlham Əliyev Qarabağın bərpasında Özbəkistanın rolunu vurğuladı - Baku TV
- SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır - Baku TV
- Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib
- Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi
