Выбрать плеер:

SEPAH İsrail və ABŞ bazalarına raket zərbələri endirib - Baku TV

14 марта 2026 51 просмотров

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd-4" əməliyyatının 46-cı dalğasının başladığını elan edib.

Bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, İsrail və ABŞ-nin bölgədəki bazalarına hücumda "Xürrəmşəhr", "Xeybərşekan", "İmad" və "Qədr" raketlərindən istifadə olunub.

Bu arada, Pentaqon İranın hücumlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə Ukraynada hazırlanmış 10 min dron əleyhinə vasitə göndərib.

ABŞ-nin ordu naziri Den Driskoll "Bloomberg"ə bildirib ki, süni intellekt sistemləri ilə təchiz edilmiş "Merops" pilotsuz uçuş aparatları İrana qarşı əməliyyatın başlamasından sonrakı beş gün ərzində regiona göndərilib.

D.Driskoll aydınlaşdırıb ki, adıçəkilən dronlar "Eagle" təşəbbüsü çərçivəsində qrup halında fəaliyyət göstərmək və məhv ediləcək ən prioritet hədəfləri avtonom şəkildə müəyyən etmək imkanına malik modul platforma kimi layihələndirilib.

Layihələndirmə sənədləri və proqram təminatı birbaşa Ukrayna ərazisində hazırlanıb, daha sonra isə seriya istehsalı ABŞ-nin müttəfiq dövlətlərindəki sənaye obyektlərində qurulub.

Bu, istehsal obyektlərinə yönələn təhlükələri minimuma endirmək və istehsal sürətini artırmaq məqsədini daşıyır.

Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Dünya
17 марта 2026 51 просмотров
Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
17 марта 2026 51 просмотров
ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

Dünya
17 марта 2026 51 просмотров
İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

Dünya
17 марта 2026 51 просмотров
Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Dünya
17 марта 2026 51 просмотров
“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

Dünya
17 марта 2026 51 просмотров
Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Dünya
17 марта 2026 51 просмотров
Nüvə partlayışında bunları edənlər sağ qaldılar | Böyük fəlakətin bilinməyənləri - ARAŞDIRMA

Nüvə partlayışında bunları edənlər sağ qaldılar | Böyük fəlakətin bilinməyənləri - ARAŞDIRMA

Dünya
17 марта 2026 51 просмотров
"Moskvanın maraqları Avropadan Yaxın Şərqə qədər uzanır" | Zelenskidən açıqlamalar

"Moskvanın maraqları Avropadan Yaxın Şərqə qədər uzanır" | Zelenskidən açıqlamalar

Dünya
17 марта 2026 51 просмотров
İsrail müdafiə nazirindən Laricani barədə şok açıqlama - Baku TV CANLI

İsrail müdafiə nazirindən Laricani barədə şok açıqlama - Baku TV CANLI

Dünya
17 марта 2026 51 просмотров
Выбранные
icon