Выбрать плеер:

Serbiyanın daxili işlər naziri ittihamlara aydınlıq gətirdi

10 июля 2026 148 просмотров

"Serbiya heç vaxt Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmayan hər hansı dövləti tanımayıb və heç bir ölkənin ərazi bütövlüyünü pozmayıb".

Bunu Serbiyanın daxili işlər naziri İvitsa Daçiç Bolqarıstan mediasının Avropa Parlamentinin (AP) Serbiyanı digər ölkələrin ərazi bütövlüyünü pozmaqda ittiham etməsi ilə bağlı sualına cavabında deyib.

"Aydındır ki, bizim heç bir ölkənin suverenliyini şübhə altına almaq niyyətimiz yoxdur və bunu etmirik. Hansı ölkənin suverenliyinin pozulduğunu nəzərdə tutduğunuzu bilmirəm. Əgər Monteneqro, yaxud Bosniya və Herseqovinanı nəzərdə tutursunuzsa, Serbiya bu ölkələrə qarşı belə bir şey etmir. Serbiyada 11 min bolqar yaşayır, Monteneqroda isə serblərin sayı 30 faizdən çoxdur. Bizim 30 faizdən artıq olan serblərin hüquqları ilə maraqlanmağa və ya Deyton Sazişinin tərkib hissəsi olan Serb Respublikasına diqqət yetirməyə haqqımız yoxdurmu?", – nazir əlavə edib.

O, Kosovonun BMT üzvü olmamasına da diqqət çəkib:

"Yuqoslaviya altı respublikadan ibarət olduğu halda, hansı əsasla kimsə Kosovonu müstəqil dövlət kimi tanımaq hüququna malikdir?! Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq. Əgər siz düşünürsünüzsə ki, biz AP-yə heyranıq, hesab edirəm ki, heç Avropa sakinləri də heyran deyil, bu qitədən kənarda olanlar isə ümumiyyətlə deyil. Qoy onlar öz ölkələrindəki vəziyyətə nəzər salsınlar. Balkandakı böhranın başa çatması onların maraqlarına uyğun deyil, çünki sonra nə ilə məşğul olacaqlar?".


Скопировано
Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Netanyahu Trampla görüşdə hansı təklifləri irəli sürəcək? - ANA XƏBƏR

Dünya
28 июля 2026 148 просмотров
Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər

Dünya
28 июля 2026 148 просмотров
Fransada son bir ayda üç muzey qarət edilib

Fransada son bir ayda üç muzey qarət edilib

Dünya
28 июля 2026 148 просмотров
BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI

Dünya
28 июля 2026 148 просмотров
Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Kalininqrad yaxınlığındakı uçuş NATO-Rusiya gərginliyinin yeni siqnalıdır? - Baku TV CANLI

Dünya
28 июля 2026 148 просмотров
Vaşinqton tammiqyaslı əməliyyata qərar verərsə, İsrail hansı addımı atacaq? - Baku TV CANLI

Vaşinqton tammiqyaslı əməliyyata qərar verərsə, İsrail hansı addımı atacaq? - Baku TV CANLI

Dünya
28 июля 2026 148 просмотров
Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Dünya
28 июля 2026 148 просмотров
Zelenski ABŞ-də səfərdə | Trampın qərarı müharibənin gedişini dəyişə bilər - Baku TV CANLI

Zelenski ABŞ-də səfərdə | Trampın qərarı müharibənin gedişini dəyişə bilər - Baku TV CANLI

Dünya
28 июля 2026 148 просмотров
Fransada 14 minə yaxın yanğın qeydə alındı

Fransada 14 minə yaxın yanğın qeydə alındı

Dünya
28 июля 2026 148 просмотров
Danışıqlar baş tutmasa, zərbələr bərpa olunacaq?

Danışıqlar baş tutmasa, zərbələr bərpa olunacaq?

Dünya
28 июля 2026 148 просмотров
Выбранные
icon