Выбрать плеер:
Terror təşkilatı yaradan 17 yaşlı oğlanın şok əməlləri üzə çıxdı - Baku TV
Dağıstanda dünyanın hər yerində məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.
Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti saxlanılan yeniyetmənin terror təşkilatı yaratdığını və idarə etdiyini açıqlayıb.
Məlum olub ki, o, kütləvi qətl törətmək niyyəti ilə yeniyetmələri məktəblərə hücum üçün təsiri altına salıb. Hədəflər təkcə Rusiyada deyil, MDB ölkələri, həm də Amerika Birləşmiş Ştatları və Avropadakı məktəblər olub. Yeniyetmənin sözlərinə görə, yanvar ayında təşkilat üzvlərindən biri Texasda beş yanğın törədib.
İstintaq Komitəsi yeniyetmənin Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının onunla birlikdə icmalar şəbəkəsi və teleqram kanallarının idarə olunmasında iştirak etdiyini bildirdiyi video yayımlayıb.
Скопировано
