Tramp Ukrayna və Rusiya liderlərinin görüşünün mütləq olmadığını hesab edir
Norveçin paytaxtı Osloda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi, enerji barışığı və Rusiya ilə Ukrayna liderləri – Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşü müzakirə edilib.
Bu barədə Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya tərəfinə təqdim edəcəyi sənəddə müxtəlif növ təhlükəsizlik zəmanətləri qeyd olunub.
"Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandırarsa, Ukrayna Rusiya enerji sektorunun həssas obyektlərinə zərbələr endirməməyə hazırdır. Kiyev Vaşinqtonun enerji barışığı ilə bağlı təklifini dəstəklədi, lakin Moskva zərbələr endirməyə davam etdi. Biz nizamlanma üçün müxtəlif variantlar təklif edirik və həll yolu axtarmağa davam edirik", – deyə V.Zelenski qeyd edib.
Тег #Donald Tramp используется
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Fransa Prezidenti dezinformasiya təhlükəsindən danışdı
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
