Dünya
Выбрать плеер:
Türkiyədə aksiya keçirildi | Onlarla polis yaralandı
Türkiyədə 1 May aksiyasında etirazçılarla toqquşma nəticəsində onlarla polis əməkdaşı yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, 1 May Əmək və Həmrəylik Günündə ölkənin 78 vilayətində siyasi partiyalar, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları tərəfindən 210 nümayiş keçirilib. Nümayişlər zamanı 217 nəfər İstanbulda, 4-ü Tuncelidə saxlanılıb.
Qəhrəmanmaraşda 3, Aydında isə 2 nəfər icazəsiz yerlərdə nümayiş keçirib, hakimiyyətin xəbərdarlığına məhəl qoymayıb, polisə hücum edib, hüquq-mühafizə orqanının 28 əməkdaşı yüngül xəsarət alıb.
Nazir əlavə edib ki, nümayişlərdə 241 minə yaxın insan iştirak edib.
Скопировано