Выбрать плеер:
Türkiyədə qaçaq məhkumun tutulma anı ilə bağlı görüntülər yayıldı
Türkiyənin Mersin bölgəsində barəsində 27 illik həbs cəzası verilən qaçaq məhkum işlədiyi toyuq fermasında yaxalanıb.
Mersin Təhlükəsizlik Müdirliyindən verilən məlumata görə, Asayiş Şöbəsinin Axtarılan Şəxslər Bürosunun qrupları müxtəlif cinayətlərdən 27 il həbs cəzası alan şəxsin tutulması üçün araşdırmalarını davam etdirib.
“Oğurluq”, “məhkumun və ya məhbusun qaçması”, “saxta şəxsiyyət vəsiqəsindən istifadə etməyə görə” 17 maddə ilə axtarışa verilən məhkumun Tarsus rayonundakı toyuq fermasında işlədiyi müəyyən edilib.
İş yerində aparılan axtarışlar zamanı tutulan şəxs əməliyyatdan sonra birbaşa həbsxanaya göndərilib. Qaçaq məhkumun toyuq hinində gizlənməsi isə Türkiyədə gündəmə düşüb.
Скопировано
