Выбрать плеер:
Ukrayna ordusundan Rusiyaya ağır zərbə | Döyüşlər daha da şiddətləndi - Baku TV
Ukrayna Ordusu Azov dənizi üzərində Rusiya helikopterini və Luqansk vilayətinin şərqində dəmir yolu körpüsünü vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah helikopterin modelini dəqiqləşdirməyib və ya heyətin vəziyyəti ilə bağlı məlumat verməyib.
Ukrayna Ordusu ayrı bir əməliyyat çərçivəsində Luqansk yaşayış məntəqəsi yaxınlığında Severski Donets çayının üzərindən keçən dəmir yolu körpüsünə zərbə endirib.
Məlumata görə, Rusiya qoşunları bu körpüdən hərbi personal, silah-sursat və logistika təchizatı daşımaq üçün istifadə edirdi.
Скопировано
