Dünya
Выбрать плеер:

Ukrayna parlamentində özəl hərbi şirkətlərlə bağlı qanun layihəsi hazırlanır?

08 мая 2024

Ukrayna Ali Radasında özəl hərbi kompaniyaların fəaliyyətlərinin leqallaşdırılması ilə bağlı qanun layihəsinin qeydiyyata alınması ölkə ictimaiyyətinin və xarici mətbuatın müzakirələrinə səbəb olub.

Belə ki, bunun “Vaqner”in alternativi kimi dəstələrin fəaliyyətinə icazə verilməsi kimi dəyərləndirilməsi və o dəstələrin əsasən də xaricdən cəlb edilməsi məsələsi müzakirə mövzusuna çevrilib.

Bununla bağlı qanun layihəsini qeydiyyata alan Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik komitəsinin sədri Fedor Venislavski Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, layihə üzərində əsaslı iş gedir.

“Müharibə başlayandan bəri biz hökumət olaraq gördük ki, müharibədən sonra çox insan hərbi hazırlıqlar keçəcək və döyüşlərdə iştirak edənlərin müharibə təcrübəsi olacaq. Başa düşürük ki, onları dinc həyata uyğunlaşdırmaq və döyüş təcrübəsi olan bu cür insanlardan maksimum səmərəli istifadə etmək üçün bəzi modellərə başlamaq lazımdır. Ona görə də özəl hərbi şirkətlərlə bağlı məsələ iki ildən artıqdır ki, parlament səviyyəsində müzakirə olunur. Hesab edirəm ki, indi qeydə alınmış təşəbbüs daha da inkişaf etdiriləcək və biz çox güman ki, özəl hərbi strukturların fəaliyyətinin yaradılmasını, istifadəsini tənzimləyən və hüquqi çərçivəyə salan qanun qəbul edəcəyik”, – o əlavə edib.

Hərbi siyasi şərhçi, Ukrayna Silahlı Qüvvələrinin döyüş zabiti Taras Berezovets isə bu ideyanı ölkəsində uğurlu hesab etmir.

“Ali Radanın saytında özəl hərbi şirkətlərin yaradılması haqqında qanun layihəsi dərc edilib. Lakin özəl hərbi şirkətlərin yaradılması ideyası hazırda Ukraynada o qədər də populyar deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner” sayəsində Ukraynada özəl hərbi şirkətlərlə bağlı son dərəcə mənfi imic formalaşıb. İkincisi, özəl hərbi şirkətlərə Ukrayna Silahlı Qüvvələrinin səfərbərlik resurslarının bir hissəsi verilə bilər. Üstəlik, Rusiyadan fərqli olaraq, Ukraynanın səfərbərlik potensialı məhduddur”, – deyə T.Berezovets bildirib.

Qeyd edək ki, hazırda Ukraynada gedən müharibədə geniş səfərbərlik elan olunmasına baxmayaraq, ordu üçün insan resursu başlıca problem olaraq qalır.

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 мая 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 мая 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 мая 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 мая 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 мая 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 мая 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 мая 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 мая 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 мая 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 мая 2024
Выбранные
icon