Выбрать плеер:
“Avtoş”luq edib yola pul səpdilər | Qubada toy karvanının təhlükəli “şou”su
Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.
Görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.
Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Скопировано
