Hadisə
Выбрать плеер:

İran vətəndaşları sərhədi niyə pozdu? - Dəstə barədə qərar

28 июня 2024

Bir neçə gün əvvəl İrandan Xəzər vasitəsilə Azərbaycana külli miqdarda narkotik keçirməyə görə saxlanılan dəstə üzvləri barəsində həbs qərarı verilib.

Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında deyilir.

Xəbərə görə, birgə keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İran vətəndaşlarının dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitəni ölkəmizə keçirmələrinin qarşısı alınıb.

Belə ki, iyunun 24-ü gecə saatlarında Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “dayan” komandası verilsə də, onlar buna tabe olmayıb və qayıqdakı narkotik vasitəni suya ataraq qaçmağa çalışıblar. Lakin biri yaralı olmaqla üç İran vətəndaşı ələ keçirilib.

Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan vətəndaşı olan 2 mülki şəxs – 42 yaşlı Elxan Əliyev və 48 yaşlı Esmira Məmmədova da saxlanılıb.

Həyata keçirilən davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyi müxtəlif rəngli 4 torbada təxminən 165 kiloqram çəkidə narkotik vasitə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar haqqında həbs qətimkan tədbiri seçilib.

Yaralı halda ələ keçirilən İran vətəndaşı hərbi qulluqçuların xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicə olunur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Скопировано
Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı | Çoxlu sayda heyvan tələf oldu

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı | Çoxlu sayda heyvan tələf oldu

Hadisə
01 июля 2024
Avtomobil iki yeniyetməni vurdu, ölən var | Gəncədə ağır qəza

Avtomobil iki yeniyetməni vurdu, ölən var | Gəncədə ağır qəza

Hadisə
01 июля 2024
Astarada qandonduran hadisə | Cinayət işi açıldı

Astarada qandonduran hadisə | Cinayət işi açıldı

Hadisə
30 июня 2024
Lökbatanda 4 saylı doğum evində həkim özbaşınalığı

Lökbatanda 4 saylı doğum evində həkim özbaşınalığı

Hadisə
30 июня 2024
FHN Keşlədə əməliyyat keçirdi | Anbaan görüntülər

FHN Keşlədə əməliyyat keçirdi | Anbaan görüntülər

Hadisə
30 июня 2024
DİN və DSX birgə əməliyyat keçirdi | Narkotik maddə gətirən şəxs saxlanıldı

DİN və DSX birgə əməliyyat keçirdi | Narkotik maddə gətirən şəxs saxlanıldı

Hadisə
30 июня 2024
Gəncədə avtomobillərin ötüşməsi zəncirvari qəzaya səbəb oldu

Gəncədə avtomobillərin ötüşməsi zəncirvari qəzaya səbəb oldu

Hadisə
30 июня 2024
Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Hadisə
30 июня 2024
Qaxda faciəvi yol qəzası | Ölən və yaralananlar var

Qaxda faciəvi yol qəzası | Ölən və yaralananlar var

Hadisə
30 июня 2024
Gəncədə minik maşınları toqquşdu | Sürücü xəsarət aldı

Gəncədə minik maşınları toqquşdu | Sürücü xəsarət aldı

Hadisə
30 июня 2024
Выбранные
icon