Выбрать плеер:
İranda iki güclü zəlzələ
İranda 4,2 və 4,7 bal gücündə iki güclü zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentri Fars əyalətinin Həşt şəhərində olan 4,2 bal gücündə zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb. Yerin 10 kilometr dərinliyində baş verən təbii fəlakətin Buşəhr vilayətində də hiss olunduğu bildirilib.
4,7 bal gücündə zəlzələ isə yerli vaxtla saat 22:43-də qeydə alınıb. 18 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Loristan və Xuzistan əyalətlərində də hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və tələfatın olub-olmadığı barədə hələlik heç bir açıqlama verilməyib.
Скопировано