Hadisə
Выбрать плеер:

Narkotikləri dənizə atıb qaçmaq istədilər | DSX və DTX-dən birgə əməliyyat

25 июня 2024

Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə əməliyyatı nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

İyunun 25-i saat 00:17-də Sahil Mühafizəsinin Nəzarət Mərkəzi Xəzərin Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edib. Onların saxlanılması istiqamətində operativ əməliyyat tədbirlərinə başlanılıb.

Sərhəd pozucuları sərhədçilərin qanuni tələblərinə tabesizlik göstərməklə yanaşı, dənizdə hərəkətdə olarkən naməlum əşyanı suya atıblar. Onlara qarşı qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 heyət üzvü ilə birlikdə saxlanılıb. İkinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da, digəri itkin düşüb. Gəmi heyəti yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərdikdən sonra onlar ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları – Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri – 1984-cü il təvəllüdlü Behman Qasim və Rəhim Ounek Anna, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid olduqları, onların dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində İran mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə, dənizin sahilinə gəlmiş Azərbaycan vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Nadir oğlu Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədova saxlanılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış maddi sübutların axtarışı həyata keçirilir.

Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.

Скопировано
Biləcəridəki yanğın barədə rəsmi açıqlama | Hadisə barədə bütün məlumatlar

Biləcəridəki yanğın barədə rəsmi açıqlama | Hadisə barədə bütün məlumatlar

Hadisə
28 сентября 2024
Biləcəridə baş verən yanğının təfərrüatı | Hadisə yerindən görüntülər

Biləcəridə baş verən yanğının təfərrüatı | Hadisə yerindən görüntülər

Hadisə
28 сентября 2024
FHN-dən Biləcəridəki yanğınla bağlı açıqlama

FHN-dən Biləcəridəki yanğınla bağlı açıqlama

Hadisə
28 сентября 2024
Güclü yanğın qorxulu anlara səbəb oldu | Biləcəridən görüntülər

Güclü yanğın qorxulu anlara səbəb oldu | Biləcəridən görüntülər

Hadisə
28 сентября 2024
Heç nəyi çıxara bilmədik.... | Hadisə şahidi Biləcəridəki yanğınla bağlı danışdı

Heç nəyi çıxara bilmədik.... | Hadisə şahidi Biləcəridəki yanğınla bağlı danışdı

Hadisə
28 сентября 2024
Bütün ərazini tüstü bürüyüb | Biləcəridə yanan mebel sexində son vəziyyət

Bütün ərazini tüstü bürüyüb | Biləcəridə yanan mebel sexində son vəziyyət

Hadisə
28 сентября 2024
Biləcəridə dəhşətə gətirən yanğın | Mebel sexi alovlandı

Biləcəridə dəhşətə gətirən yanğın | Mebel sexi alovlandı

Hadisə
28 сентября 2024
Biləcəridə yanğının baş verdiyi ərazi | Əməkdaşımız məlumatları açıqladı

Biləcəridə yanğının baş verdiyi ərazi | Əməkdaşımız məlumatları açıqladı

Hadisə
28 сентября 2024
Biləcəridəki güclü yanğından anbaan görüntülər | FHN hadisə yerində

Biləcəridəki güclü yanğından anbaan görüntülər | FHN hadisə yerində

Hadisə
28 сентября 2024
Saray qəsəbəsində görün nələr aşkarlandı | FHN-dən görüntülər

Saray qəsəbəsində görün nələr aşkarlandı | FHN-dən görüntülər

Hadisə
28 сентября 2024
Выбранные
icon