Выбрать плеер:
Oğuzda maşın aşdı | Ölən və yaralanan var
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində sürücü, rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə yaralanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Скопировано
