Hadisə
Выбрать плеер:

Prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son sözünü dedi

19 апреля 2024

Keçmiş Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları dinlənilib.

Keçmiş polis əməkdaşı Dəyanət Quliyevin vəkili Ramiz Qarayev hüquqlarını müdafiə etdiyi şəxsin dayısı Müşfiq Atakişiyev tərəfindən Tariyel Əhmədovun qətlə yetirilməsi ilə bağlı hər hansı sifariş almadığını vurğulayaraq onun hüquq-mühafizə orqanlarına könüllü təslim olmasının yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Samir Quliyevin vəkili Səfər Hüseynov isə müdafiə çıxışı zamanı müvəkkilinin törətdiyi cinayəti könüllü etiraf etdiyini nəzərə alaraq məhkəmədən ona sanksiyada nəzərdə tutulduğundan daha az cəza təyin edilməsini istəyib.

Müşfiq Atakişiyevin vəkili Kamran Əliyev isə digər həmkarlarından fərqli olaraq müdafiə etdiyi Müşfiq Atakişiyevi elan olunan ittiham üzrə, ümumiyyətlə, təqsirli bilməyərək onun məhkəmə zalından azadlığa buraxılmasını uyğun sayıb.

Vəkil keçmiş rektorun Tariyel Əhmədovun qətlini sifariş vermədiyini vurğulayaraq ona qarşı irəli sürülən ittihamın əsassız olduğunu bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əhmədov isə qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Təqsirləndirilən Dəyanət Quliyev çıxışı zamanı özünü qismən təqsirli bildiyini deyib. Təqsirləndirilən Samir Quliyev isə özünü Cinayət Məcəlləsinin 120.1 – qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.

Daha sonra təqsirləndirilən Müşfiq Atakişiyev son söz üçün məhkəmədən vaxt istəyib. Növbəti proses aprelin 26-na təyin edilib.

Скопировано
Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hadisə
03 мая 2024
Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Hadisə
03 мая 2024
Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Hadisə
03 мая 2024
Balıqçılıq adı ilə... | Neftçala sakininin əməlləri ortaya çıxdı

Balıqçılıq adı ilə... | Neftçala sakininin əməlləri ortaya çıxdı

Hadisə
03 мая 2024
Yaralanan qazinin qohumu hər şeyi danışdı | Abşeronda dəhşətli hadisə

Yaralanan qazinin qohumu hər şeyi danışdı | Abşeronda dəhşətli hadisə

Hadisə
02 мая 2024
Ağcabədidə baş verən dəhşətli qətllə bağlı Baş Prokurorluqdan açıqlama

Ağcabədidə baş verən dəhşətli qətllə bağlı Baş Prokurorluqdan açıqlama

Hadisə
02 мая 2024
Bakı-Sumqayıt yolunda ağır qəza | Sıxlıq yarandı

Bakı-Sumqayıt yolunda ağır qəza | Sıxlıq yarandı

Hadisə
02 мая 2024
Xariciləri Azərbaycana gətirib görün necə aldatdı | Zərərçəkəndən polislərimizə təşəkkür

Xariciləri Azərbaycana gətirib görün necə aldatdı | Zərərçəkəndən polislərimizə təşəkkür

Hadisə
02 мая 2024
“Yaşa, Azərbaycan” mahnısına oynayan həmvətənlərimiz Moskvada həbs olundu

“Yaşa, Azərbaycan” mahnısına oynayan həmvətənlərimiz Moskvada həbs olundu

Hadisə
02 мая 2024
Rasim Tağıyevin oğlu barədə vacib məlumat | Tovuzda bədbəxt hadisə

Rasim Tağıyevin oğlu barədə vacib məlumat | Tovuzda bədbəxt hadisə

Hadisə
02 мая 2024
Выбранные
icon