Hadisə
Выбрать плеер:

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

17 мая 2024

Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan 13 nəfər Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə hökm oxunub.

Hökmə əsasən, Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Mais Əliyev, İsmayıl İsmayılov, Şəhriyar Babayev, Hacı Muradov, Əlövsər Baxışov və İntiqam Əsədovun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror ittiham olunanların hər birinin törətdikləri əmələ görə ayrı-ayrılıqda 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Suriyada dini radikalizm zəminində gedən döyüşlərdə iştirak edən və Azərbaycan vətəndaşlarından ibarət dəstə üzvlərinin yerinin müəyyən edilərək ölkəyə gətirilməsi təmin olunub.

13 nəfərdən ibarət dəstə üzvləri Suriyanın İdlib şəhərində “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində fəaliyyət göstəriblər. Onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Скопировано
Belə vəhşilik olmaz | Sumqayıtda qonşuların davasının dəhşətli sonu

Belə vəhşilik olmaz | Sumqayıtda qonşuların davasının dəhşətli sonu

Hadisə
18 июня 2024
Kürdəmirdə dəhşətli qəza | Baku TV hadisə yerində

Kürdəmirdə dəhşətli qəza | Baku TV hadisə yerində

Hadisə
18 июня 2024
Alov buradan başladı, sonra... | Hacıqabulda yanğının əlacsız qoyduğu sahibkarlar danışdı

Alov buradan başladı, sonra... | Hacıqabulda yanğının əlacsız qoyduğu sahibkarlar danışdı

Hadisə
18 июня 2024
Bakıda dəhşətli anlar | Mikroavtobus alovlandı, yol bağlandı

Bakıda dəhşətli anlar | Mikroavtobus alovlandı, yol bağlandı

Hadisə
18 июня 2024
Kürdəmirdə faciəvi qəza | Ölən var

Kürdəmirdə faciəvi qəza | Ölən var

Hadisə
18 июня 2024
Qusarda qəbirləri dağıdan şəxs həbs edildi | DİN-dən təcili məlumat

Qusarda qəbirləri dağıdan şəxs həbs edildi | DİN-dən təcili məlumat

Hadisə
18 июня 2024
Goranboyda qaynaq işi partlayışa səbəb oldu | Usta xəsarət aldı

Goranboyda qaynaq işi partlayışa səbəb oldu | Usta xəsarət aldı

Hadisə
18 июня 2024
Hacıqabulda hadisə | Yaşlı kişi faciəvi şəkildə həlak oldu

Hacıqabulda hadisə | Yaşlı kişi faciəvi şəkildə həlak oldu

Hadisə
18 июня 2024
Xaçmazda dəhşətli qəza | Ölən və yaralananlar var

Xaçmazda dəhşətli qəza | Ölən və yaralananlar var

Hadisə
17 июня 2024
Dəhşətli qəzaya düşən turistin Bakıya gətirilmə anı | Qəbələ

Dəhşətli qəzaya düşən turistin Bakıya gətirilmə anı | Qəbələ

Hadisə
17 июня 2024
Выбранные
icon