Выбрать плеер:
Qaradağda palçıq pulkanının püskürdüyü yerdən anbaan görüntülər | FHN hadisə yerində
Bakının Qaradağ rayonu ərazisindəki palçıq vulkanında səhər saatlarında baş verən püskürmə hadisəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydə alınıb. Oktyabrın 11-i səhər 08:27 radələrində Sahil qəsəbəsinin dağlıq hissəsində baş verən hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri dərhal əraziyə cəlb edilib. Hadisə yerindən anbaan görüntülər əldə olunub. ETSN mütəxəssisləri püskürmənin miqyasını və nəticələrini öyrənərkən, FHN tərəfindən aparılan baxışlar nəticəsində ətraf yaşayış məntəqələri üçün yanğın və ya digər bir təhlükənin olmadığı rəsmən təsdiqlənib. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Скопировано
