"Kənddə hamı bilir ki..." | Tükürpərdən hadisə: 2 yeniyetmə necə itkin düşdü? - Baku TV
Ağcabədi rayonunun Hüsülü kənd sakinləri olan iki yeniyetmə itkin düşüb.
Qohum olan Anar Məmmədov və Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq geri qayıtmayıblar.
“Əmisi nəvəsi ilə birlikdə çıxıblar. Nə ondan xəbər var, nə də bundan. Kəndin yuxarı hissəsində olublar. Kamerada görüntüləri də var. Hindarx istiqamətində getdikləri görünür, bundan sonra isə heç bir məlumat yoxdur”, – itkin düşən Kamal Məhərrəmlinin babası Silyan Məhərrəmov bildirib.
“Evdə oturmuşduq, qəfildən xəbər gəldi ki, uşaqlar yoxa çıxıb. Ata-anası ziyalı insanlardır, özləri də tərbiyəli uşaqlardır, kənddə hər kəs onları tanıyır. Hamı onların xətrini çox istəyir”, – Kamal Məhərrəmlinin babası Famil Mehdiyev deyib.
Yeniyetmələrin axtarışı ilə bağlı araşdırmalar davam etdirilir.
Тег #Ağcabədi используется
- Ağcabədidə güclü külək sakinlərə çətin anlar yaşatdı - 24 SAAT
- Ağcabədidə güclü külək ağacı kökündən qopardı: Ciddi fəsadlara səbəb oldu - Baku TV
- "Şokdayıq, belə şey olmamışdı" | Əmioğluları kim öldürdü? | Duelə çağırıb, çatan kimi..." - Baku TV
- Ağcabədidə dəhşətə gətirən hadisə | FHN təcili hərəkətə keçdi - Baku TV
- 3 avtomobil toqquşdu, bir nəfər öldü | Ağcabədi
