Hadisə
Выбрать плеер:

"Ölümü"nü səhnələşdirən şirkət rəhbərinə hökm oxundu

25 апреля 2024

“Ölümünü” səhnələşdirən və dələduzluqda təqsirləndirilən MTK rəhbəri Rafət Qəniyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ziya Mansurov təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, 2021-ci il noyabrın 25-də Sabirabad Rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə sümük qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsusdur. Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırmalarla Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə bu addımı atdığı məlum olub.

O, avtomobili qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanaraq ölməsi görüntüsünü yaradıb.

Sabirabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edildikdən sonra o, Yasamal rayonunda yerləşən mağazalardan birində şəxsiyyət vəsiqəsi ilə televizor alarkən saxlanılıb.

Rafət Qəniyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3 – külli miqdarda dələduzluq törətmək maddəsi ilə ittiham elan edilib.

Скопировано
Təhsil müəssisəsindəki mənimsəmə ilə bağlı cinayət işi başlandı | Baş Prokurorluqdan açıqlama

Təhsil müəssisəsindəki mənimsəmə ilə bağlı cinayət işi başlandı | Baş Prokurorluqdan açıqlama

Hadisə
07 мая 2024
Avtomobilini səkidə idarə edən sürücü ilə bağlı DYP-dən açıqlama

Avtomobilini səkidə idarə edən sürücü ilə bağlı DYP-dən açıqlama

Hadisə
07 мая 2024
Məşhur hoteldə zəhərlənən şəxslərin son vəziyyəti ilə bağlı həkimdən müəmmalı açıqlama

Məşhur hoteldə zəhərlənən şəxslərin son vəziyyəti ilə bağlı həkimdən müəmmalı açıqlama

Hadisə
07 мая 2024
Bakıda məşhur hoteldə ölümlə nəticələnən dəhşətli hadisə | Baş Prokurorluqdan məlumat

Bakıda məşhur hoteldə ölümlə nəticələnən dəhşətli hadisə | Baş Prokurorluqdan məlumat

Hadisə
07 мая 2024
“Azərişıq”dan Sumqayıtdakı hadisə ilə bağlı açıqlama

“Azərişıq”dan Sumqayıtdakı hadisə ilə bağlı açıqlama

Hadisə
07 мая 2024
Sumqayıtda avtomobil qəzasının nəticəsi | Hadisə yerindən görüntülər

Sumqayıtda avtomobil qəzasının nəticəsi | Hadisə yerindən görüntülər

Hadisə
07 мая 2024
Bakıda ağır qəza | Minik və yük maşını bir-birinə girdi

Bakıda ağır qəza | Minik və yük maşını bir-birinə girdi

Hadisə
07 мая 2024
Bakıda sakinlərin həyatını təhlükəyə atan sürücünün sonu

Bakıda sakinlərin həyatını təhlükəyə atan sürücünün sonu

Hadisə
07 мая 2024
Tərtərdə şagirdin ölümü ilə bağlı Baş Prokurorluqdan və məktəbdən yeni açıqlama

Tərtərdə şagirdin ölümü ilə bağlı Baş Prokurorluqdan və məktəbdən yeni açıqlama

Hadisə
07 мая 2024
Tərtərdə şagirdlər arasında qan düşdü | Məktəb direktoru hər şeyi danışdı

Tərtərdə şagirdlər arasında qan düşdü | Məktəb direktoru hər şeyi danışdı

Hadisə
07 мая 2024
Выбранные
icon