Выбрать плеер:
Şadlıq evində qandonduran əməl | Hadisə şahidi hər şeyi anbaan danışdı
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində qeydə alınıb.
Məlumata görə, restoranda ofisiant işləyən iki gənc arasında yaranan mübahisə qanla nəticələnib.
Xəsarət alan rayonun Bayramlı kənd sakini 27 yaşlı Nicat Hüseynov xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunduqdan sonra paytaxtdakı xəstəxanalardan birinə təxliyə edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində N.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Скопировано
