Hadisə
Выбрать плеер:

Sosial şəbəkələrdə, mağazalarda satılan soyuq silahlarla bağlı DİN-dən xəbərdarlıq

25 апреля 2024

Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Nurəddin Hüseynov, 1986-cı il təvəllüdlü Elşən Səfərov, 1990-cı il təvəllüdlü Nihat Əliyev, 1985-ci il təvəllüdlü Ariz Hacıyev, 1980-ci il təvəllüdlü Vahid Rəhimov və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Anar Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.

Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.

Скопировано
Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Abşeronda gizli sexin ifşası | Bunları alanda diqqətli olun!

Hadisə
04 мая 2024
Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Nələri satmaq qanunsuzdur? | DİN Bakıda əməliyyat keçirdi

Hadisə
03 мая 2024
Bir də gördüm, camaat tökülüşdü…  | Bakıda sevgililərin davasının dəhşətli sonu

Bir də gördüm, camaat tökülüşdü… | Bakıda sevgililərin davasının dəhşətli sonu

Hadisə
03 мая 2024
Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Kəlbəcərdə ağır qəzada yaralanan hərbçilərimizin kimliyi bəlli oldu

Hadisə
03 мая 2024
Daha bir vəzifəli şəxs həbs olundu | Detallar ortaya çıxdı

Daha bir vəzifəli şəxs həbs olundu | Detallar ortaya çıxdı

Hadisə
03 мая 2024
DGK Tovuzda əməliyyat keçirdi | Cinayət işi açıldı

DGK Tovuzda əməliyyat keçirdi | Cinayət işi açıldı

Hadisə
03 мая 2024
FHN əməkdaşları köməksiz vəziyyətdə qalan sakinləri belə xilas etdi

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan sakinləri belə xilas etdi

Hadisə
03 мая 2024
Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hərbçilərin olduğu maşın Kəlbəcərdə ağır qəzaya düşdü

Hadisə
03 мая 2024
Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Gəncədə şagirdlər arasında mübahisə qanla bitdi | DİN-dən təcili məlumat

Hadisə
03 мая 2024
Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Gəncədə korrupsiya əməliyyatı | Vəzifəli şəxslərin əməlləri ifşa olundu

Hadisə
03 мая 2024
Выбранные
icon