Выбрать плеер:
Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
Читайте наши новости в Google
Узнавайте о новостях первыми
Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində uçqun baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən beton plitələrin uçması nəticəsində iki nəfərin dağıntılar altında qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1966-cı il təvəllüdlü Xəlil Mehdiyevi dağıntılar altından sağ çıxarıblar. 1969-cu il təvəllüdlü Cəlil Mehdiyevin isə meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Скопировано
