Выбрать плеер:
“Tanıdığımız adamlardır, hadisə elə olub ki...” - Qaradağdakı qəza faciəyə səbəb oldu - Baku TV
Dekabrın 25-də Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb.
Hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törədib.
İlkin məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən ikisi ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Qeyd edək ki, hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 3 nəfər isə ambulator müalicəyə buraxılıb.
Скопировано
