Выбрать плеер:
“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV
Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir.
Məlumata görə, gənc dostları ilə birlikdə Mərdəkan çimərliyinə gedib və dənizdə batıb. Hadisədən sonra ərazidə axtarışlara başlanılıb.
Səkkiz gündür davam edən əməliyyatlara baxmayaraq, Elgün Qarayevdən hələ də xəbər yoxdur.
Gəncin ailəsi günlərdir dəniz sahilində övladlarının tapılmasını gözləyir. Elgünün anası aidiyyəti qurumlardan axtarışların daha geniş ərazidə aparılmasını və əməliyyatlara helikopterin cəlb edilməsini xahiş edib.
“Sizə yalvarıram, bizə kömək edin. Heç olmasa balamın cəsədini tapım, aparıb dəfn edim. Gecəm də, gündüzüm də dənizin kənarında keçir”, – deyə ana bildirib.
Скопировано
