Выбрать плеер:
Tovuzda ailə üzvləri nədən zəhərləndi?
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Əhmədli ailəsinin 4 üzvü ‒ 39 yaşlı kişi, 36 yaşlı qadın, və onların 15 və 12 yaşlı övladları zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəruri yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar.
Məlumata görə, onlar yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər.
Hadisə yerinə Qida Təhlükəziliyi Agentliyinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
