Выбрать плеер:
Xaçmazda dəhşətli hadisə | Kənd mollası saxlanıldı
Xaçmazda dəhşətli qətl hadisəsi baş verib. 45 yaşlı qadın öldürülüb.
Hadisə rayonun Xaspoladoba kəndində qeydə alınıb.
Kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 48 yaşlı Asəf Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq qətlə yetirdiyi bildirilir.
Məlumata görə, 45 yaşlı qadını öldürdükdən sonra Asəf Məmmədov polis idarəsinə gələrək təslim olub.
İlkin məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib.
İnsidentin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Скопировано
