Выбрать плеер:
Xaçmazda üç hektar ərazidə ağaclar və kol-kos yanıb
Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.
Yanğın İdman Kompleksinin yaxınlığında, "Şollar" su kəmərinin mühafizə zolağında başlayıb və 3 hektar ərazini əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb və fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Yanğına səbəb kimi küləyin təsiri ilə elektrik naqilinin qırılaraq otluq sahəyə düşməsi göstərilir.
Скопировано
