Выбрать плеер:

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində əməliyyat keçirildi

04 сентября 2025 554 просмотров

Sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğu birgə məlumat yayıb.

Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə "Dayan" komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.

Üzmə vasitəsində baş vermiş yanğın səbəbi ilə hər iki şəxs bağlamalarla birlikdə özünü dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib, "Yamaha-200" markalı "Layner" tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətində 04.09.2025-ci tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Скопировано
Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Reabilitasiya mərkəzində nələr baş verib? | Məhkəmədə gərgin anlar - Baku TV

Hadisə
23 июня 2026 554 просмотров
Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Kürdəmirdə kənd sakini faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
22 июня 2026 554 просмотров
Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Nəsimi rayonunda bıçaqlanma hadisəsi | Sözləri çəp gələn iki qonşu... - Baku TV CANLI

Hadisə
22 июня 2026 554 просмотров
Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Səngəçal karvansarasına qanunsuz müdaxilə edənlər məsuliyyətə cəlb olunacaq | Mədəniyyət Nazirliyi

Hadisə
22 июня 2026 554 просмотров
Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Xəzərdə qandonduran hadisə | Dənizdə batan 4 dostla bağlı təcili məlumat - Baku TV

Hadisə
22 июня 2026 554 просмотров
“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV

Hadisə
22 июня 2026 554 просмотров
“Ürəyindən vurdu, yerdə çabalayırdı” | Qonşu “Kubinka”dakı tükürpərdən qətldən danışdı - Baku TV

“Ürəyindən vurdu, yerdə çabalayırdı” | Qonşu “Kubinka”dakı tükürpərdən qətldən danışdı - Baku TV

Hadisə
22 июня 2026 554 просмотров
Ağstafaya güclü dolu yağdı | Evlərə, təsərrüfata ziyan dəyib - Baku TV

Ağstafaya güclü dolu yağdı | Evlərə, təsərrüfata ziyan dəyib - Baku TV

Hadisə
22 июня 2026 554 просмотров
Xırdalanda dələduzlar ev tikmək adı ilə vətəndaşın 29 min manatını mənimsədi - Baku TV

Xırdalanda dələduzlar ev tikmək adı ilə vətəndaşın 29 min manatını mənimsədi - Baku TV

Hadisə
20 июня 2026 554 просмотров
Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Masazırda baş verən qəza 3 yaşlı uşağın ölümü ilə nəticələndi - Baku TV

Hadisə
20 июня 2026 554 просмотров
Выбранные
icon