İdman
Выбрать плеер:
AVRO-2024-ün bütün iştirakçılarının adına aydınlıq gəlib
Gürcüstan, Ukrayna və Polşa millilərinin AVRO-2024-ə vəsiqə qazanmasından sonra qitə çempionatının bütün iştirakçıları məlum olub.
Nəticədə turnirin qrupları bu cür müəyyənləşib:
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə; B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya; C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə; D qrupu: Polşa, Niderland, Avstriya, Fransa; E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna; F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya.
Qeyd edək ki, Almaniyada təşkil olunacaq turnirə iyunun 14-ü ev sahibi komanda və Şotlandiya arasında oyunla start veriləcək. Berlinin Olimpiyaştadion arenasında keçiriləcək final görüşü isə iyulun 14-ü baş tutacaq.
Скопировано