Выбрать плеер:
Azərbaycanlı döyüşçü Tbilisidə gənclərlə görüş keçirdi
İyunun 23-də Bakıda keçirilən “UFC Fight Night” turnirində rəqibini nokautla məğlub edərək çempion titulu qazanan azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı və gürcü gənc idmançılarla görüş keçirib.
Tədbir yeddiqat dünya və üçqat Avropa çempionu Alim Nəbiyevin təşəbbüsü ilə təşkil olunub.
Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və beynəlxalq yarışlarda uğurla çıxış edir.
Скопировано
