Выбрать плеер:
Cüdo üzrə Azərbaycan millisi Meksikada birinci yeri tutub
Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar. Onlardan 6-sı qızıl, 3-ü bürünc əyarlıdır.
Balabəy Ağayev, Ruslan Paşayev, Hidayət Heydərov, Vüsal Qələndərzadə, Zelim Kotsoyev və Uşanqi Kokauri qızıl mükafata sahib çıxıblar. Əhməd Yusifov, Rəşid Məmmədəliyev və Murad Fətiyev bürünc medalla kifayətləniblər.
Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.
Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Peru Qran-prisində də 7 medal qazanaraq uğurlu nəticə əldə ediblər.
Скопировано
