Выбрать плеер:
Mütəxəssis futbolçuları sevmədikləri mövqelərdə oynatmaq fikrində olmadığını bildirib
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komanda üzvləri ilə apardığı söhbətlər barədə danışıb.
Sözügedən milli noyabr ayının 18-də Tunis millisi ilə qarşılaşacaq.
İtaliyalı məşqçi mətbuat konfransında futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrinin olmadığını bildirib:
“Bütün oyunçularla danışmalı idim. Onların nə düşündüyünü bilmək istəyirəm, ideyalarını eşitmək mənim üçün vacibdir. Futbolçuları xoşlamadıqları mövqelərdə oynatmaq fikrim yoxdur. Məqsədim hamının meydanda özünü rahat hiss etməsidir. Vinisiusla isə daha çox şəxsi məsələlərdən danışdıq, taktika mövzusuna toxunmadıq”.
K.Ançelotti yayda “Real Madrid”dən ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub.
Скопировано
