"Neftçi" klubu azarkeşlərə müraciət edib
“Neftçi” “Turan Tovuz”la oyundan əvvəl azarkeşlərə müraciət edib.
Bu barədə klubun sosial media hesablarında paylaşım edilib.
“Ağ-qaralar” fanatları tribunalara səsləyib:
“Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq.
İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. “Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!”, – deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 32-ci turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək.
Əlavə edək ki, hazırda aktivində 47 xalı olan paytaxt təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.