İdman
Выбрать плеер:

"Neftçi" klubu "Turan Tovuz"la qarşılaşıb

29 апреля 2024

“Neftçi” komandası Azərbaycan çempionatında 32-ci turun matçında “Turan Tovuz”la qarşılaşıb.

“Neftçi Arena”da keçirilən görüşdə hesabı meydan sahibləri açıblar. 15-ci dəqiqədə Filip Ozobiç “ağ-qaralar”ı irəli çıxarıb. 1 saatın tamamında paytaxt təmsilçisi 11 metrlik cərimə zərbəsi qazanıb. Penaltini Yuri Matias dəqiq yerinə yetirib: 2-0.

İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra qonaqların fərqi azaltmaq cəhdləri nəticəsiz qalıb. 63-cü dəqiqədə isə Tovuz klubunun üzvü Bruno birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

70-ci dəqiqədə “Turan”ın qapısına daha bir penalti təyin olunub. Rəhman Hacıyevin qolu həm də yekun nəticəni müəyyənləşdirib. “Neftçi” – “Turan Tovuz”: 3-0.

Bu qələbədən sonra 50 xalı olan “Neftçi” kollektivi “Sumqayıt”la 2-ci, 3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, Bakı komandası növbəti turda “Qarabağ”la qarşılaşacaq. Bu oyun mayın 4-də keçiriləcək. 

Bir gündə 2 güləşçimiz Avropa çempionatının qalibi olub

Bir gündə 2 güləşçimiz Avropa çempionatının qalibi olub

İdman
21 мая 2024
Ölkəmiz 2025-ci ildə dünya çempionatına ev sahibliyi edəcək

Ölkəmiz 2025-ci ildə dünya çempionatına ev sahibliyi edəcək

İdman
21 мая 2024
Abdullah Zubir yayda “Qarabağ”dan gedə bilər

Abdullah Zubir yayda “Qarabağ”dan gedə bilər

İdman
21 мая 2024
Andrey Lunyovun “Qarabağ”dakı gələcəyinə aydınlıq gəlib

Andrey Lunyovun “Qarabağ”dakı gələcəyinə aydınlıq gəlib

İdman
21 мая 2024
“Liverpul”un yeni baş məşqçisi açıqlanıb

“Liverpul”un yeni baş məşqçisi açıqlanıb

İdman
21 мая 2024
WAKO Dünya Kubokunu 11-ci dəfə qazanan Eduard Məmmədov vətənə dönüb

WAKO Dünya Kubokunu 11-ci dəfə qazanan Eduard Məmmədov vətənə dönüb

İdman
20 мая 2024
Cüdoçumuz Hidayət Heydərov karyerasında ilkə imza atıb

Cüdoçumuz Hidayət Heydərov karyerasında ilkə imza atıb

İdman
20 мая 2024
Joze Mourinyo Türkiyə çempionatında işləyəcək

Joze Mourinyo Türkiyə çempionatında işləyəcək

İdman
20 мая 2024
İngiltərə Premyer liqasında çempionun adına aydınlıq gəlib

İngiltərə Premyer liqasında çempionun adına aydınlıq gəlib

İdman
20 мая 2024
Türkiyə derbisində qalibin adına aydınlıq gəlib

Türkiyə derbisində qalibin adına aydınlıq gəlib

İdman
20 мая 2024
Выбранные
icon