Выбрать плеер:
Rafael Fiziyevin rəqibi dini inancına görə 8,6 milyon dollarlıq təklifdən imtina etdi
UFC döyüşçüsü Maurisio Ruffi dini inanclarına görə bukmeyker kontorlarının milyonluq təklifindən imtina edib.
Braziliyalı idmançıya tərəfdaşlıq müqabilində 8,6 milyon dollar təklif olunub. Lakin müqavilənin əsas şərti Ruffinin oktaqonda Tanrı haqqında danışmaması olub.
32 yaşlı döyüşçü bu şərti qəbul etməyərək bildirib:
“İnancımdan imtina etmək prinsiplərimə xəyanət olardı. Mən buna hazır deyiləm, çünki inancım mənə daxili hüzur verir”.
Qeyd edək ki, 12 qələbəsi və 2 məğlubiyyəti olan Ruffi növbəti döyüşünü fevralın 1-də UFC 325 turniri çərçivəsində azərbaycanlı Rafael Fiziyevə qarşı keçirəcək.
Скопировано
