Выбрать плеер:
Robert Levandovskinin agenti “Fənərbağça” ilə potensial transfer mövzusunda görüş keçirib
“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Türkiyənin “Fənərbağça” klubu ilə potensial transfer mövzusunda görüş keçirib.
İstanbul klubu hazırda polşalı futbolçunun qərarını gözləyir. 37 yaşlı forvard Türkiyədə karyerasını davam etdirməyə müsbət yanaşsa, “Fənərbağça” rəsmi təklifi mövsüm bitmədən təqdim edə bilər.
Levandovskinin “Barsa” ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsümdə klub səviyyəsində 11 oyunda iştirak edib və 7 qol vurub.
Скопировано
