Выбрать плеер:
Ronaldinyo yenidən yaşıl meydanlara geri dönəcək?
“Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmayacaq”.
“Tuttosport” xəbər verir ki, bu barədə “Ravenna”nın vitse-prezidenti, tanınmış futbol funksioneri Ariedo Brayda rəsmi açıqlama verib.
Onun sözlərinə görə, potensial əməkdaşlıq barədə yayılan şayiələrə baxmayaraq, tərəflər arasındakı əlaqə yalnız marketinq xarakteri daşıyacaq:
“Ronaldinyo “Ravenna”nın heyətində oynamayacaq, söhbət sırf marketinq sahəsində əməkdaşlıqdan gedir. Əminəm ki, o, hətta 46 yaşında belə meydanda parlaya bilərdi. Bizim hələ “Milan”da birlikdə çalışdığımız illərdən əla münasibətlərimiz var, lakin o, barəsində yayılan xəbərlərə rəğmən, meydana çıxmayacaq”.
Скопировано
Тег #Ronaldinyo используется
- Afrikalı futbolçu Ronaldinyoya bənzərliyi ilə gündəm oldu
- Braziliya millisinin hücumçusu Rafinya hansı futbolçulardan ilhamlandığını açıqlayıb
- Futbol əfsanəsi Ronaldinyo Bakıda bir sıra tədbirlərdə iştirak etdi
- Ronaldinyo Bakıda kimsəsiz uşaqları sevindirdi | Hədiyyələri həmişəlik saxlayacağıq!
- Məşhur futbolçu Ronaldinyo COP29 məkanındakı pavilyonları ziyarət etdi
