Выбрать плеер:
Unay Emeri futbolçuya şəxsən maraq göstərir
Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə çempionatında çıxış edə bilər.
“Aston Villa” 25 yaşlı futbolçunu satın alma hüququ ilə icarəyə götürmək niyyətindədir.
Bildirilir ki, İngiltərə millisinin üzvünün transferində Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri şəxsən maraqlıdır. Futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Скопировано
