İqtisadiyyat
Выбрать плеер:

Hansı qurumlar büdcədən ayrılan pulu tam xərcləməyib? | İqtisadçıdan açıqlama

11 июня 2024

Dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 milyard manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Hesablama Platasından bildirilib ki, qeyd olunan göstərici seçmə qaydada yalnız analitik prosedurlarla müəyyən edilib. Bu isə bank hesablarında qalan həmin vəsaitlərin daha çox ola biləcəyini deməyə əsas verir.

Dövlət vəsaitlərini hansı qurumların istifadəsiz saxladığına gəlincə, bunlar “Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu, Geoloji Kəşfiyyat Agentliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Səhiyyə Nazirliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeli qurumu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digərləridir.

Hesablama Palatasının apardığı təhlillərlə bank hesablarındakı qalıqların bir hissəsinin 8-dən çox publik hüquqi şəxs, dövlət mülkiyyətində olan 4-dən çox müəssisə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, hüquq-mühafizə sahəsində fəaliyyət göstərən qurumlara aid olduğu müəyyən edilib.

İqtisadçı Xalid Kərimli deyir ki, buna səbəb qurumların vəsaitlərin əldə olunmasında qarşılaşdıqları çətinliklərdir.

Ekspert hesab edir ki, problemin həlli üçün mövcud maliyyələşdirmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var.

Hesablama Palatasından isə bildirilib ki, 2023-cü ilin dövlət büdcəsinin icrasına aid edilən vəsaitlərin bir hissəsi növbəti ildə, yəni qurum tərəfindən rəyin hazırlandığı dövrdə də istifadə edilməyib.

Скопировано
Əmək pensiyalarında hansı dəyişikliklər oldu? | Vüqar Bayramovdan açıqlama

Əmək pensiyalarında hansı dəyişikliklər oldu? | Vüqar Bayramovdan açıqlama

İqtisadiyyat
03 июля 2024
Rövşən Nəcəf Bolqarıstanın energetika naziri ilə görüşdü

Rövşən Nəcəf Bolqarıstanın energetika naziri ilə görüşdü

İqtisadiyyat
02 июля 2024
Mikayıl Cabbarov və Rövşən Nəcəfin iştirakı ilə keçirilən görüşdə əsas müzakirə

Mikayıl Cabbarov və Rövşən Nəcəfin iştirakı ilə keçirilən görüşdə əsas müzakirə

İqtisadiyyat
01 июля 2024
Azərbaycan Aİ-95 benzininin istehsalına başlayır

Azərbaycan Aİ-95 benzininin istehsalına başlayır

İqtisadiyyat
01 июля 2024
18 ildir qəbul olunmayan layihə reallaşır | Süni bahalaşma bitəcək?

18 ildir qəbul olunmayan layihə reallaşır | Süni bahalaşma bitəcək?

İqtisadiyyat
29 июня 2024
İnvestorların Şuşaya marağı artır | Aydın Kərimov yaradılan şəraitdən danışdı

İnvestorların Şuşaya marağı artır | Aydın Kərimov yaradılan şəraitdən danışdı

İqtisadiyyat
29 июня 2024
Qarabağda istehsal olunan məhsulların dövlət satınalmalarında alışı təmin ediləcək

Qarabağda istehsal olunan məhsulların dövlət satınalmalarında alışı təmin ediləcək

İqtisadiyyat
29 июня 2024
Mikayıl Cabbarov özəl sektorda hazırkı vəziyyətdən danışdı

Mikayıl Cabbarov özəl sektorda hazırkı vəziyyətdən danışdı

İqtisadiyyat
29 июня 2024
Mikayıl Cabbarov Ağdam və Cəbrayıl Sənaye Parklarından danışdı

Mikayıl Cabbarov Ağdam və Cəbrayıl Sənaye Parklarından danışdı

İqtisadiyyat
28 июня 2024
Sahibkarlar Xankəndidə istehsal müəssisələrinə baş çəkdi

Sahibkarlar Xankəndidə istehsal müəssisələrinə baş çəkdi

İqtisadiyyat
28 июня 2024
Выбранные
icon