"SOCAR Trading"in nümayəndəsi Bakıda keçirilən beynəlxalq forumda iştirak edib - Baku TV
"Gələcəkdə xammalın çoxfunksionallığı və "yaşıl enerji"nin inteqrasiyası yeni neft-kimya zavodlarının texnoloji inkişafını müəyyən edən əsas amillər olacaq".
"Report"un məlumatına görə, bunu "SOCAR Trading" şirkətinin məsləhətçisi Mevlüt Çetinkaya Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, hazırda konkret xammal növü deyil, geniş resurs spektrindən istifadəyə imkan verən texnologiyalar hazırlanır. Bu da istehsalı daha çevik və bazardakı dəyişikliklərə daha davamlı edir.
O əlavə edib ki, xam neftin birbaşa kimyəvi məhsullar üzrə emalı texnologiyalarına, eləcə də hidrogen energetikasının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətlər neft emalı və neft-kimya sənayesinin inteqrasiyasının əsas elementləri kimi nəzərdən keçirilir.
