Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib.
Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların saxlanıldığı çənlərdə mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib.
Təlimə ümumilikdə 6 ədəd texnika və 29 nəfərdən ibarət şəxsi heyət cəlb olunub. Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Тег #Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) используется
- "Müqaviləni 15-20 ilədək uzatmağa hazırıq" | SOCAR-la əməkdaşlıqda yeni mərhələ - Baku TV
- SOCAR və bp Özbəkistanda yeni kəşfiyyat imkanlarını qiymətləndirir - Baku TV
- "Günəşli" yatağında geoloji laylar və tektonik qırılmalar daha ətraflı öyrəniləcək - Baku TV
- "Italiana Petroli" şirkətinin alınmasının SOCAR üçün önəmi | "Fitch Ratings"dən açıqlama - Baku TV
- Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV
