İqtisadiyyat
Выбрать плеер:
SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri müzakirə olunub
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda şirkətin 2024-cü ilin birinci yarısı üzrə fəaliyyətinin, 2023-cü il üzrə faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) audit olunmuş nəticələri müzakirə edilib.
Eyni zamanda 2025-ci il üzrə büdcə proqnozları və Əsas Səmərəlilik Göstəricilərinin hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Müşahidə Şurasının iclasında həmçinin SOCAR-ın Ətraf mühit, Sosial və İdarəetmə reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.
Скопировано
Выбранные