SOCAR və “SOCAR Türkiyə”nin pavilyonları ziyarət olunub - Baku TV
Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan italiyalı jurnalistlər qrupu 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR və “SOCAR Türkiyə”nin pavilyonlarını ziyarət ediblər.
İlk olaraq qonaqlar SOCAR pavilyonunda təqdim olunan interaktiv və rəqəmsal həllər, innovativ texnologiyalar, “virtual reallıq” təcrübələri, eləcə də şirkətin fəaliyyət istiqamətlərini əks etdirən multimedia təqdimatları ilə tanış olublar.
İştirakçılara SOCAR-ın beynəlxalq fəaliyyət coğrafiyası, strateji əhəmiyyətli enerji layihələri, innovasiya və rəqəmsallaşma istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin dayanıqlılıq, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat təqdim edilib.
Qonaqlar daha sonra “SOCAR Türkiyə”nin pavilyonunu ziyarət edərək şirkətin Türkiyədə həyata keçirdiyi layihələri, neft-kimya, emal, logistika və enerji təchizatı sahələrində çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olublar.
